...

Yay vaxtına keçid işə uyğunlaşma dövrünü ləngidir - azərbaycanlı psixoanalitik

Cəmiyyət Materials 28 Mart 2011 12:41 (UTC +04:00)
Yaz bayramında uzun istirahətdən sonra işə uyğunlaşma dövrü adətən iki gündən dörd günədək davam edir. Trend-in məlumatına görə, psixoanalitik Elmir Əkbər belə hesab edir.
Yay vaxtına keçid işə uyğunlaşma dövrünü ləngidir - azərbaycanlı psixoanalitik

Azərbaycan , Bakı , 28 mart / Trend , müxbir Z.Əhmədova /

Yaz bayramında uzun istirahətdən sonra işə uyğunlaşma dövrü adətən iki gündən dörd günədək davam edir. Trend-in məlumatına görə, psixoanalitik Elmir Əkbər belə hesab edir.

Uzun bayramlardan, məzuniyyətlərdən sonra uyğunlaşma dövrünü çox vaxt bayramdan sonrakı (məzuniyyətlərdən sonrakı) depressiya adlandırırlar.

"Lakin bəzilərində bu proses yay vaxtına keçidlə əlaqədar ləngiyə bilər", - Əkbər deyib.

Ekspertin sözlərinə görə, bəzi azərbaycanlılar yeni vaxta çətinliklə uyğunlaşır, əksər adamlarda uyğunlaşma dövrü bir gündən bir həftəyədək uzana bilər. Saatın əqrəblərinin ildə iki dəfə irəli və geri çəkilməsi insan sağlamlığı üçün arzuolunmazdır, onun lazımsız psixi enerji sərfidir, bu insanda stressin yaranmasına səbəb olur. Psixoanalitik belə hesab edir.

Yay vaxtına keçid Nazirlər Kabinetinin 21 saylı qərarına əsasən 17 mart 1997-ci il dən həyata keçirilir.

" Çoxlu sayda qeyri-iş günündən sonra özünü gec vaxta qədər yataqda qalmaqdan zövq almamağa, işə hazırlaşmağa məcbur etmək, yəni yeni iş ritminə qayıtmağa başlamaq çətindir", - Əkbər deyib.

Psixoanalitikin sözlərinə görə , bayramlardan sonra özündən yüksək nəticələr əldə edəcəyini gözləməyə dəyməz, rahatlanmaq, işə tədricən başlamaq lazımdır.

Xəbər lenti

Xəbər lenti