...

İran Prezidentinin mətbuat üzrə müşaviri Azərbaycana gələcək

Cəmiyyət Materials 28 Mart 2011 15:14 (UTC +04:00)
İran Prezidentinin mətbuat üzrə müşaviri və İRNA dövlət xəbər agentliyinin direktoru Əli Əkbər Cavanfekrin başçılıq etdiyi nümayəndə heyəti aprelin 5-də Bakıya səfər edəcək.
İran Prezidentinin  mətbuat üzrə müşaviri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Cəfərov/

İran Prezidentinin mətbuat üzrə müşaviri və İRNA dövlət xəbər agentliyinin direktoru Əli Əkbər Cavanfekrin başçılıq etdiyi nümayəndə heyəti aprelin 5-də Bakıya səfər edəcək. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.

İsgəndərinin sözlərinə görə, Cavanfekr Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə aprelın 7-9-da Bakıda keçiriləcək "Ümumdünya mədəniyətlərarası dialoq" forumunda iştirak edəcək.

Cavanfekrin bir sıra görüşlər keçirəcəyi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti