...

31 mart soyqırımı ilə bağlı sənədli film çəkilib

Cəmiyyət Materials 29 Mart 2011 13:36 (UTC +04:00)
Sabah Türkiyənin Azərbaycandakı səfirliyində 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatı keçiriləcək.
31 mart soyqırımı ilə bağlı sənədli film çəkilib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Sabah Türkiyənin Azərbaycandakı səfirliyində 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatı keçiriləcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatda bildirilir.

1918-1920-ci illərdə ermənilərin törətdiyi soyqırım nəticəsində Bakıda 11 mindən çox, Şamaxı şəhərində 8 min, Şamaxı qəzasında 8 mindən çox azərbaycanlı öldürülüb. Qubada isə 16 min insan öldürülüb ki, onun 3 mindən çoxu yəhudi olub. Qubanın 262 kəndi məhv edilib, onlardan 35-i hazırda mövcud deyil.

Xəbər lenti

Xəbər lenti