...

Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 17 işin istintaqı məhkəməyə göndərilib

Cəmiyyət Materials 30 Mart 2011 11:28 (UTC +04:00)
Bu il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya cinayətləri ilə bağlı 17 cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 17 işin istintaqı məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində korrupsiya cinayətləri ilə bağlı 17 cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.

Usubovun sözlərinə görə, hazırda idarədə 75-ə yaxın işin istintaqı aparılır.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 161 saylı "qaynar xətt" fəaliyyət göstərir. Hər kəs korrupsiya faktı ilə bağlı "qaynar xətt"ə müraciət edə bilər.

Usubov bildirib ki, bu günə qədər "qaynar xətt"ə 968 müraciət daxil olub. Onlar araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib.

Bundan sonra Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilib.

Xəbər lenti

Xəbər lenti