...

Azərbaycan İslam Partiyasının saxlanılan fəallarının cinayət işi ciddi araşdırılır - Baş Prokurorluq

Cəmiyyət Materials 30 Mart 2011 11:38 (UTC +04:00)
Azərbaycan İslam Partiyasının saxlanılan fəallarının cinayət işi ciddi araşdırılır və istintaq edilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.
Azərbaycan İslam Partiyasının saxlanılan fəallarının cinayət işi ciddi araşdırılır - Baş Prokurorluq

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan İslam Partiyasının saxlanılan fəallarının cinayət işi ciddi araşdırılır və istintaq edilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.

"İslam Partiyası saxta qurum olub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərib. Onun rəhbəri Mövsüm Səmədov və əmisi oğlu Dəyanət Səmədov Quba şəhərində saxlanılıb və hər birinin evində axtarış aparılıb. Axtarış zamanı onların evlərindən çoxlu sayda silah tapılıb. Bu partiyanın digər yerlərdə - Gəncə, Masallı, Astarada şöbələri olub və şöbə rəhbərlərinin evlərində axtarışlar aparılıb. Onların da evlərindən çoxlu sayda silah aşkar edilib", - Usubov deyib.

Mövsüm Səmədov hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silah satma, saxlama, hazırlama, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq cinayətlərində ittiham olunur. Onun barəsində yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və istintaq aparılır.

Partiya sədri yanvarın 7-də saxlanılıb və barəsində 13 sutkalıq inzibati həbs seçilmişdi.

Xəbər lenti

Xəbər lenti