...

Sabah Azərbaycan ərazisində havanın temperaturu 20 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 30 Mart 2011 12:29 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində havanın temperaturu 20 dərəcəyədək yüksələcək. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sabah Azərbaycan ərazisində havanın temperaturu 20 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycan ərazisində havanın temperaturu 20 dərəcəyədək yüksələcək. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Martın 31-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti