...

Azərbaycanda tütün məhsulunun reklamına qadağa qüvvədə deyil?

Cəmiyyət Materials 30 Mart 2011 15:37 (UTC +04:00)
Azərbaycanda tütün məhsulunun reklamına qoyulan qadağaya baxmayaraq, son vaxtlar onun elektron poçtla göndərilən spam vasitəsilə reklamı geniş yayılıb. Bu barədə Trend -ə Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri Nurlan Əliyev bildirib.
Azərbaycanda tütün məhsulunun reklamına qadağa qüvvədə deyil?

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir Z.Əhmədova/

Azərbaycanda tütün məhsulunun reklamına qoyulan qadağaya baxmayaraq, son vaxtlar onun elektron poçtla göndərilən spam vasitəsilə reklamı geniş yayılıb. Bu barədə Trend -ə Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri Nurlan Əliyev bildirib.

"Azərbaycanda tütün məhsulunun televiziya, radio, mətbuatda, eləcə də ictimai nəqliyyat dayanacaqlarında, avtovağzal və metropolitendə reklamına qoyulan qadağa qüvvədədir", - Əliyev deyib.

"Bu qanuna əsasən əməl edilir. Paytaxtda, Azərbaycanın elektron və mətbu orqanlarında tütün məhsullarının reklamı yoxdur, - o qeyd edib. - Lakin bu məhsulların reklamına elektron poçtla və ya Azərbaycanda yayılan xarici nəşrlərdə təsadüf edilir".

Onun sözlərinə görə, belə nəşrlərə aiddiyyəti qurumlar tərəfindən nəzarət olmalıdır və həmin nəşrlərdə Azərbaycanda qadağan edilən reklam aşkar edilərsə, onlar satışdan çıxarılmalıdır.

Moskva hakimiyyəti şəhər əmlakında siqaret reklamını qadağan etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti