...

Azərbaycanda meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru vəzifəsindən azad olunub

Cəmiyyət Materials 1 Aprel 2011 10:45 (UTC +04:00)
Azərbaycanda ağacların qanunsuz kəsilməsinə görə meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru vəzifəsindən azad olunub. Bu barədə Trend-ə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Azərbaycanda meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru vəzifəsindən azad olunub

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda ağacların qanunsuz kəsilməsinə görə meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru vəzifəsindən azad olunub. Bu barədə Trend-ə cümə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Nazirliyin əməkdaşlarının araşdırması nəticəsində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 8 saylı dolayının ərazisində 85,73 kubmetr həcmində 68 ədəd müxtəlif cinsli ağacların (vələs, palıd, fısdıq və ağcaqayın), həmçinin 2 saylı dolayında 6,69 kubmetr həcmində 40 ədəd müxtəlif diametrli və cinsli ağacların (dəmirağacı, vələs, ağcaqayın və s.) qanunsuz olaraq kəsildiyi müəyyən edilib.

Aşkar olunmuş faktlarla əlaqədar Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Abuturab Bağırov tutduğu vəzifədən azad olunub, meşəbəyi Oktay Tağıyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib, meşə gözətçisi Yaşar Məlikov barəsində inzibati tənbeh tədbiri görülüb. Təbiətə dəymiş ziyan cərimə şəklində meşə gözətçiləri Adil Mirzəyev və Yaşar Məlikov tərəfindən ödənilib.

Xəbər lenti

Xəbər lenti