...

Azərbaycan Diplomatik Akademiyasının Yay Məktəbinə sənəd qəbulu aparılır

Cəmiyyət Materials 1 Aprel 2011 14:52 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının (ADA) ənənəvi Yay Məktəbinə yanvarın 25-dən başlayan sənəd qəbulu aprel ayının 20-də başa çatır. Trend-in məlumatına görə, bu barədə cümə günü ADA-nın mətbuat xidmətindən bildirilib.
Azərbaycan Diplomatik Akademiyasının Yay Məktəbinə sənəd qəbulu aparılır

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) ənənəvi Yay Məktəbinə yanvarın 25-dən başlayan sənəd qəbulu aprel ayının 20-də başa çatır. Trend-in məlumatına görə, bu barədə cümə günü ADA-nın mətbuat xidmətindən bildirilib.

2011-ci ilin 2-16 iyul tarixlərində Azərbaycan Diplomatik Akademiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə növbəti Bakı Yay Enerji Məktəbini təşkil edəcək.

Yay Məktəbinə ARDNŞ, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirlikləri, Dövlət Neft Fondu, həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin təmsilçiləri də qatılacaqlar. Bununla yanaşı, Xəzər regionu ölkələrinin, ABŞ-ın Rice və Texas A&M universitetlərinin, "Nabucco" layihəsi təmsilçilərinin, Avropanın aparıcı universitetlərinin mütəxəssislərinin dinləyicilər qarşısında çıxışları planlaşdırılıb.

Azərbaycan Diplomatik Akademiyanın 5-ci Bakı Yay Enerji Məktəbində enerji siyasətinin iqtisadi və siyasi əsasları, ətraf mühitə təsiri, regional inkişafa töhfəsi və digər məsələlər diqqət mərkəzində olacaq. Bu günə qədər 37 ölkənin 140-a yaxın nümayəndəsi ADA-nın Yay Məktəbinin dinləyicisi olub.

Xəbər lenti

Xəbər lenti