...

Bakıda keçirilən Qlobal Gənclər Hərəkatının I Konqresi sülhün bərqərar olmasına kömək edəcək - nazir

Cəmiyyət Materials 9 Aprel 2011 13:28 (UTC +04:00)
Şənbə günü Bakıda start götürən Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının I Konqresi dünyanın bütün gənclərinə sülhün bərqərar olmasına yönəldilmiş bütün təşəbbüsləri həyata keçirməyə kömək edəcək.
Bakıda keçirilən Qlobal Gənclər Hərəkatının I Konqresi sülhün bərqərar olmasına kömək edəcək - nazir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Şənbə günü Bakıda start götürən Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının I Konqresi dünyanın bütün gənclərinə sülhün bərqərar olmasına yönəldilmiş bütün təşəbbüsləri həyata keçirməyə kömək edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

"Hazırkı görüş hamı üçün təhlükəsiz sülh naminə təşəbbüslərin fəaliyyətə çevrilməsi üçün bütün dünyadakı gənclərin enerjili fəaliyyətlərinə istiqamət verəcək", - nazir tədbirdə bildirib.

O, gənclərin dünyadakı hazırkı vəziyyətin ciddiliyini qiymətləndirdiklərini və ekstremizmə mane olan təxirəsalınmaz fəaliyyəti anladıqlarına ümidini ifadə edib.

"Azərbaycan çoxmillətli, polietnik və çoxdinli dövlət olaraq, belə müxtəliflik şəraitində necə dinc yanaşı yaşamağın mümkün olması təcrübəsini bölüşməyə hazırdır", - Rəhimov bildirib.

Şənbə günü Bakıda Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatının I Konqresi öz işinə başlayıb. Konqres zamanı gənclər təşkilatları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, onun BMT-nin Sivilizasiyalar Alyansında iştirakı təşəbbüslərinin dəstəklənməsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti