...

Azərbaycanda bələdiyyələr tərəfindən Meşə Fondu torpaqlarının sakinlərə verilməsi faktları aşkar olunub

Cəmiyyət Materials 13 Aprel 2011 13:41 (UTC +04:00)
Azərbaycanda bələdiyyələr tərəfindən Meşə Fonduna məxsus torpaqların sakinlərə verilməsi faktları aşkar olunub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Azərbaycanda bələdiyyələr tərəfindən Meşə Fondu torpaqlarının sakinlərə verilməsi faktları aşkar olunub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bələdiyyələr tərəfindən Meşə Fonduna məxsus torpaqların sakinlərə verilməsi faktları aşkar olunub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

"Qusar rayonunda 14 hektar torpaq rayonun 20 sakininə bələdiyyə torpaqları kimi verilib, lakin xəritə göstərir ki, bu torpaqlar Meşə Fonduna məxsusdur", - Bağırov bildirib.

Onun sözlərinə görə, belə faktlar İsmayıllı, Şamaxı, Quba rayonlarında da var.

"Yerli hakimiyyət orqanları yerlərin xəritlərinin düzgün olmaması ilə bağı müzakirələr aparır, lakin biz aidiyyəti qurumlara müraciət göndərmişik", - Bağırov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti