...

Sabah Azərbaycan ərazisində havanın temperaturu nisbətən artacaq

Cəmiyyət Materials 14 Aprel 2011 12:11 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində havanın temperaturu nisbətən artacaq.
Sabah Azərbaycan ərazisində havanın temperaturu nisbətən artacaq

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycan ərazisində havanın temperaturu nisbətən artacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildirilib ki, aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclü cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti