Azərbaycan, Bakı, 15 aprel /Trend/
11-13 aprel tarixdə Londonda Beynəlxalq Kitab Sərgisi keçirilmiş və sərgidə Azərbaycan təmsil olunmuşdur. Dünyanın 100-dən artıq ölkəsindən 2000-ə qədər nəşriyyat şirkətinin təmsilçilərinin iştirak etdiyi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycan stendi quraşdırılmış və təqdim olunmuşdur. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məlumatında bildirilir.
Stenddə 82 adda 300 nəşr məhsulu nümayiş etdirilmişdir. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanmış, çoxsaylı çap məhsulları paylanmışdır. Nümayəndə heyətimiz sərgidə əsasən ölkəmizin iqtisadiyyatı, turizm imkanları, tarixi, mədəniyyəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgi iştirakçılarına məlumat vermişlər.
Sərgi beynəlxalq təmasların yaradılmasına və əməkdaşlığın genişləndirilməsinə töhfə vermişdir.
Azərbaycan Londonda Beynəlxalq Kitab Sərgisində təmsil olunub
11-13 aprel tarixdə Londonda Beynəlxalq Kitab Sərgisi keçirilmiş və sərgidə Azərbaycan təmsil olunmuşdur.
