...

Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Heydər Əliyev Fondu ilə tanış olmuşdur

Cəmiyyət Materials 24 Aprel 2011 13:14 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrət Haya Bint Əl Hüseyn aprelin 24-də Heydər Əliyev Fondunda olmuşdur
Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Heydər Əliyev Fondu ilə tanış olmuşdur

Azərbaycanda səfərdə olan Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrət Haya Bint Əl Hüseyn aprelin 24-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ülyahəzrət Haya Bint Əl Hüseyn ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldu.
Beynəlxalq Atçılıq Federasiyasının prezidentinə məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinə sürətli sosial-iqtisadi yüksəliş mərhələsi kimi daxil olmuşdur.

Qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdı.

Ülyahəzrət Haya Bint Əl Hüseyn Fondun Xatirə kitabına ürək sözlərini yazdı.
Hörmətli qonağa Fondun nəşri olan "Muğam aləmi" musiqi albomu hədiyyə edildi.
Sonra Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı filmə baxdı.

Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrət Haya Bint Əl Hüseyn Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldı.

Xəbər lenti

Xəbər lenti