...

Azərbaycanda 65 yaşa çatmış müəllimlərin təqaüdə göndərilməsi gözlənilir

Cəmiyyət Materials 24 Aprel 2011 14:01 (UTC +04:00)
Azərbaycanda 65 yaşa çatmış müəllimlərin təqaüdə göndərilməsi məsələsi müzakirə olunur
Azərbaycanda 65 yaşa çatmış müəllimlərin təqaüdə göndərilməsi gözlənilir

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 65 yaşa çatmış müəllimlərin təqaüdə göndərilməsi məsələsi müzakirə olunur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə bazar günü təhsil naziri Misir Mərdanov xəbər verib.

Onun sözlərinə görə, müəllimlərə dövlət quluqçusu statusu veriləndən sonra belə bir yaş məhdudiyyəti tətbiq oluna bilər.

Mərdanov söyləyib ki, hal-hazırda Azərbaycanda 65 yaşı ötmüş 30 minə yaxin müəllim işləyir.

"Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi mərhələli şəklində aparılacaq. Müəllimlərə xüsusi dövlət qulluqçusu statusu veriləcək. Bu, onların maaş və təqaüdə çıxma vaxtı məsələlərinə təsir edəcək", Mərdanov söylədi.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-si dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti