...

Türkiyədə qondarma "erməni soyqırımı" iddiaları ilə mübarizə məsələsi müzakirə olunub

Cəmiyyət Materials 28 Aprel 2011 15:45 (UTC +04:00)
Azərbaycanın millət vəkili Qənirə Paşayeva İğdır Əsassız Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİM-DER) idarə heyətinin rəhbəri Göksal Gülbəylə görüşüb.
Türkiyədə qondarma "erməni soyqırımı" iddiaları ilə mübarizə məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir T.Hacıyev/

Türkiyədə qondarma "erməni soyqırımı" iddiaları ilə mübarizə məsələsi müzakirə olunub.

Azərbaycanın millət vəkili Qənirə Paşayeva İğdır Əsassız Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİM-DER) idarə heyətinin rəhbəri Göksal Gülbəylə görüşüb. Trend-in məlumatına görə, görüşdə qondarma "erməni soyqırımı" yalanlarının ifşa olunması ilə bağlı ictimai birliklərin üzərinə düşən vəzifələr, xüsusilə də ASİM-DER-in bu günədək gerçəkləşdirdiyi işlər barədə fikir mübadiləsi aparılıb.

Millət vəkili istər qondarma "erməni soyqırımı" ilə bağlı, istərsə də ermənilərin XX yüzilliyin əvvəllərində Türkiyənin şimal-qərbində, eləcə də 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Qubada, yüzilliyin sonunda - 26 fevral 1992-ci ildə isə Xocalıda törətdiyi əsl soyqırım aktları, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülməsi mümkün və qaçılmaz olan tədbirlər barədə öz fikir və mülahizələrini bölüşüb.

Sözügedən mövzuda bir neçə kitab və sənədli film müəllifi olduğunu xatırladan xanım millət vəkili bu həqiqətlərin nəinki xarici ölkələrə, eləcə də beynəlxalq təşkilatlara lazımınca çatdırılmadığını, bəzən qardaş ölkənin bir çox vətəndaşlarının belə bu həqiqətlərdən xəbəri olmadığını bildirib.

ASİM-DER idarə heyətinin rəhbəri Göksal Gülbəy indiyədək həyata keçirdikləri işlər barədə məlumatların əks olunduğu qovluğu millət vəkilinə təqdim edərək, təmsil etdiyi dərnəyin planlaşdırdığı yeni layihələr barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti