...

Türkiyənin ali məktəblərinə qəbul imtahanlarının verilməsi prosesi asanlaşdırılıb

Cəmiyyət Materials 29 Aprel 2011 15:12 (UTC +04:00)
Türkiyə həmişə ali məktəblərinə xarici vətəndaşların qəbulunu müstəqil keçirib. Dövlət komissiyasına yalnız imtahanların təşkili - sənədlərin qəbulu, mətnlərin Azərbaycan və rus dillərinə tərcüməsi həvalə edilib.
Türkiyənin ali məktəblərinə qəbul imtahanlarının verilməsi prosesi asanlaşdırılıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/

Türkiyə həmişə ali məktəblərinə xarici vətəndaşların qəbulunu müstəqil keçirib. Dövlət komissiyasına yalnız imtahanların təşkili - sənədlərin qəbulu, mətnlərin Azərbaycan və rus dillərinə tərcüməsi həvalə edilib. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu ildən Türkiyə sənədlərin internetlə qəbuluna keçib. Bununla əlaqədar abituriyentlər haqqında məlumatlar Türkiyədə serverlərdə toplanır, türklər özləri isə mətnləri tərcümə edirlər, bu iş TQDK-ya verilmir.

Azərbaycanda artıq beş ildir ki, sənəd qəbulu internet vasitəsilə aparılır.

Abbaszadənin sözlərinə görə, imtahanlarda Dövlət Komissiyasının mütəxəssisləri iştirak edirlər.

TQDK sədri hesab edir ki, bu dəyişikliklər Türkiyədə təhsil almaq istəyənlərin imtahan prosedurunu asanlaşdırır.

Türkiyənin ali məktəblərinə sənəd qəbulu martın əvvəlində başlayıb.

Xəbər lenti

Xəbər lenti