...

Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Cəmiyyət Materials 10 May 2011 11:22 (UTC +04:00)
Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək.
Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Azərbaycan, Bakı, 10 may /Trend/

Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildirilib ki, mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti