...

Azərbaycanın ədliyyə nazirinin müavini ölkədə ölüm hökmünün bərpasını mümkünsüz sayır

Cəmiyyət Materials 10 May 2011 13:16 (UTC +04:00)
Azərbaycanın ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ölkədə ölüm hökmünün bərpasını mümkünsüz sayır.
Azərbaycanın ədliyyə nazirinin müavini ölkədə ölüm hökmünün bərpasını mümkünsüz sayır

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ölkədə ölüm hökmünün bərpasını mümkünsüz sayır.

"Azərbaycanda ölüm hökmünün bərpası kimlərinsə müzakirə mövzusu ola bilər. Ölüm cəzasının bərpası mümkün deyil. Çünki Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır və Avropaya inteqrasiya edir. Ölüm cəzası dünyanın əksər ölkələrində qəbul olunmur", - Trend-in məlumatına görə, çərşənbə axşamı jurnalistlərə PX rəisi Mədət Quliyev deyib.

Ümummilli lider Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış edib. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib, 1998-ci il fevralın 10-da belə tarixi qərarı qəbul edib.

Quliyev deyib ki, Azərbaycan, nəinki MDB ölkələri arasında, həmçinini bütün dünyada 100 min əhaliyə düşən cinayətlərin sayına görə sonuncu yerlərdə durur.

"Bu da ulu öndərin qoyduğu düzgün siyasi təməl nəticəsində mümkün olub. Bu gün də həmin siyasət uğurla davam etdirilir", - Quliyev deyib.

Azərbaycan Parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın əvvəlində keçirilən iclasında millət vəkili İlyas İsmayılov bildirib ki, ölkədə ölüm hökmü yenidən bərpa edilməlidir.

Xəbər lenti

Xəbər lenti