...

Yeni tədris ili üçün ali məktəblərə qəbul planı TQDK-ya təqdim edilib

Cəmiyyət Materials 13 May 2011 12:18 (UTC +04:00)
2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul planı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edilib.
Yeni tədris ili üçün ali məktəblərə qəbul planı TQDK-ya təqdim edilib

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul planı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edilib. Trend-in məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il dövlət sifarişli ixtisaslar üzrə ayrılmış yerlərin sayı artırılıb.

Abbaszadə deyib ki, ötən il dövlət sifarişlı ixtisaslar üzrə 10 429 yer ayrılmışdısa, bu il həmin yerlərin sayı 10 616-ya çatdırılıb.

TQDK rəhbəri qeyd edib ki, bu il ali məktəblərdə dövlət sifarişli ixtisaslar üzrə təhsil haqqı təxminən ödənişli ixrtisaslar üzrə təhsil haqqına bərabərləşdirilib.

Onun sözlərinə görə, dövlət sifarişli ixtisaslar üzrə müsabiqədə Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni vaxtda iştirak edirlər.

TQDK sədrinin dediyinə görə, bu müsabiqədə Azərbaycan bölməsinin abituriyentləri rus bölməsinin abituriyentlərinə nisbətən daha yüksək nəticələr göstərirlər.

Abbaszadə bildirib ki, mayın 20-dən sonra TQDK "Abituriyent" jurnalının 3-cü buraxılışında ixtisas seçimi ilə bağlı məlumatları açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti