Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Tağıyeva/
Gürcüstan müsəlmanları Qafqaz Müsəlmanları İdarəsindən ayrılmağa hazırlaşmırlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyev bildirib.
Əliyev dini təhsili və Gürcüstan müsəlmanları arasında nüfuzu olmayan bir qrup şəxsin "Gürcüstan müsəlmanları idarəsi" adlı qeyri-hökumət təşkilatı yaratmasını düzgün addım hesab etmir.
Əliyevin fikrincə, qeyri-hökumət təşkilatı məscidlərin və dini strukturların fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik ola bilməz.
Ötən həftə Gürcüstanda "Gürcüstan müsəlnamları idarəsi" qeyri-hökumət təşkilatı yaradılıb.