...

Sabahdan Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 16 May 2011 14:39 (UTC +04:00)
Çexiya Prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakıda bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Sabahdan Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir K.Zərbalıyeva/

Çexiya Prezidentinin Azərbaycana səfəri ilə əlaqədar mayın 16-dan 19-dək Bakıda bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, mayın 17-18-də saat 08:30-dan tədbir başa çatanadək Heydər Əliyev prospekti, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza kücələri, Neftcilər pr-ti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Huseyn küçələrinə, Parlament, Huseyn Cavid, İnşaatcılar prospektləri, Rəşid Behbudov, Rauf Rəfili, Suleyman Rüstəm, Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif kucələri, Qələbə meydanı, Fətəlixan Xoyski, Koroğlu Rəhimov, Həsən Əliyev, Səməd Vurğun kücələri istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bakı Yol Polisi sürücülərdən göstərilən yollar üzrə avtomobillərin parklandırılmamasını, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadəni və bu istiqamətlərdə nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollarla hərəkət etməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti