...

Əli Həsənov: "Diffamasiya haqqında" qanunun qəbulu Azərbaycanda söz azadlığının tam təmin olunmasına imkan verəcək

Cəmiyyət Materials 20 May 2011 13:48 (UTC +04:00)
Hazırda Azərbaycanda müzakirə olunan "Diffamasiya haqqında" qanunun qəbulu respublikada söz və fikir azadlıqlarının tam təmin olunmasına imkan verəcək. Bu barədə Trend-in xüsusi müxbirinə Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Əli Həsənov: "Diffamasiya haqqında" qanunun qəbulu Azərbaycanda söz azadlığının tam təmin olunmasına imkan verəcək

Rusiya, Həştərxan, 20 may /Trend, xüsusi müxbir V.Tukayev/

Hazırda Azərbaycanda müzakirə olunan "Diffamasiya haqqında" qanunun qəbulu respublikada söz və fikir azadlıqlarının tam təmin olunmasına imkan verəcək. Bu barədə Trend-in xüsusi müxbirinə Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu qanun layihəsi artıq Azərbaycanın Mətbuat Şurası tərəfindən ATƏT-lə birgə hazırlanıb.

Mayın 1-də Bakıda "Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası" mövzusunda konfrans keçirilib. Tədbiri ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə təşkil edib.

"Bundan əlavə, deyim ki, dövlət səviyyəsində belə qanunun qəbul edilməsinə dair qərar mövcuddur. Bundan əlavə, respublikada üç il ərzində peşə fəaliyyətinə görə jurnalistlərin həbsinə moratorium qüvvədədir", - Həsənov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyəti ilə görüşərkən bildirib ki, ölkə rəhbərliyi respublikada söz və fikir azadlıqlarının tam təmin olunması üçün bu qanunu qəbul etməyə hazırdır.

"Doğrudur, bununla yanaşı, Prezident qanunun qəbulunun jurnalistika sahəsində qarışıqlığa səbəb olmaması ilə bağlı şərt qoyub. Bunun üçün jurnalistlər respublika əhalisi qarşısında öz peşəkarlıq səviyyələrini, öz məsuliyyətlərini artırmalıdırlar. Təsadüfi deyil ki, ATƏT-in Bakı ofisinin rəhbəri Mətbuat Şurasının jurnalistlərin etik davranışının daha dəqiq çevrəsinin müəyyən edilməsi məqsədilə "Jurnalistlərin etik davranış kodeksi"nə yenidən baxılması barədə qərarını alqışıayıb", - PA rəsmisi bildirib.

Həsənov onu da qeyd edib ki, hələlik söhbət "reket" jurnalistikasına qarşı sərt tədbirlərin hazırlanmasından getmir. "Fikrimcə, əvvəlcə digər dövlətlərin hüquqi aktlarının modellərini əsas götürməklə "Diffamasiyalar haqqında" qanunun qəbul edilməsi, sonra isə müdafiə tədbirlərinin işlənməsi vacibdir", - o deyib.

Xəbər lenti

Xəbər lenti