...

Azərbaycanda informasiyanın psixoloji təhlükəsizliyi haqqında qanunun qəbuluna ehtiyac var - parlament komitəsinin sədri

Cəmiyyət Materials 25 May 2011 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda informasiyanın psixoloji təhlükəsizliyi haqqında qanunun qəbuluna ehtiyac var. Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova çərşənbə günü jurnalistlərə bildirib.

"XXI əsrin insanı çox təsirlərə məruz qalır. Real dünyadan uzaqlaşaraq virtual dünyada rahatlıq tapır, sosial şəbəkələrdə ünsiyyətə üstünlük verir. İnsanın öz-özünə yadlaşması prosesi bugünkü insanın ağrı-acısına çevrilib. Bu baxımdan insanın psixoloji təhlükəsizliyinə, onun dünyagörüşünə, hadisələrə baxışına önəm verilməlidir", - Aslanova bildirib.

Onun sözlərinə görə, bu gün dünyanın ayrı-ayrı formal və qeyri-formal mənbələrində insan beyni uğrunda mübarizə gedir.

"Azərbaycan insanı da bu təsirlərə məruz qalır və bu təsirlərdən qorunmaq, mənəvi müqavimət qüvvəsinin hazırlanması üçün müvafiq qanuna ehtiyac var", - komitə sədri deyib.

Onun sözlərinə görə, dünyanın 35 ölkəsində belə qanun qəbul olunub. Aslanova hesab edir ki, bu gün dünyada təhlükəsizlik məkanlarının sayı günü-gündən artır və informasiya təhlükəsizliyi ən önəmli məsələdir.

Xəbər lenti

Xəbər lenti