...

KKTC-də Azərbaycan gecəsi təşkil olunub

Cəmiyyət Materials 29 May 2011 10:46 (UTC +04:00)
Azərbaycanın müstəqiliyinin 93-cü ildönümü münasibətilə Yakın Doğu Universitetində Atatürk Kültür Konqres Mərkəzində Azərbaycan gecəsi təşkil olunub
KKTC-də Azərbaycan gecəsi təşkil olunub

Azərbaycanın müstəqiliyinin 93-cü ildönümü münasibətilə Yakın Doğu Universitetində Atatürk Kültür Konqres Mərkəzində Azərbaycan gecəsi təşkil olunub.

KKTC Azərbaycan Kültür Mərkəzi ilə Yakın Doğu Üniversiteti iş birliyində, Azərbaycandan Gençlik Təşəbbüsləri İctimai Birliyi, KKTC-den Kıpr Türk Mücahitler Derneyi Genclik Hərakatının dəstəklədiyi Azərbaycan Gecəsi BRT TV-den canlı olarak yayımlandı. Azərbaycan Gecəsi yaxın günlərdə TRT AVAZ, İctimai TV və Irak Türkmeneli TV-dən də yayımlanacaq.

Azərbaycan Gecəsine Türkiye Cumhuriyeti Böyükelçisi Halil İbrahim Akça, Azerbaycandan Millət vəkilləri Qənirə Paşayeva ve Musa Qasımlı, KKTC-den Zorlu Töre ve Ejder Aslanababa, Yakın Doğu Üniversitetinin Kurucu Rektoru Dr. Suat Günsel, KKTC Azərbaycan Mədəniyyət Mərkəzinin Direktoru ve YDÜ Rektor Köməkçisi Prof. Dr. Fahrettin Sadıkoğlu, Azərbaycan Gənclik Teşebbüsleri İctimai Birliyinin sədri Zaur Novruzov, Kıbrıs Türk Mücahitler Derneği Gençlik Hareketi Başkanı Ali Çırakoğlu, Üst Düzey yetkililer, KKTC-de təhsil alan Azərbaycan tələbələri və Kipr türk xalqı gecəye qatıldı.

Gecə şəhidlərin bir dəqiqəlik anılması, İstiqlal Marşı və Azərbaycan Marşlarının oxunması ilə başladı. Proqramın əvvəli Avroviziya mahnı yarışmasında çox qısa müddət öncə birinci seçilən Azərbaycan nümayəndələrinin birinci seçildiyində Azərbaycan və Türkiyə bayraqları ilə səhnəyə doğru qaçaraq sevindiyi görüntülərin slayt olaraq başlanması ilə davam etdi.

Gecə çox coşqulu ve rəngli bir şəkildə qeyd olundu. Gecəyə Azərbaycan, Türkiyə və KKTC Bayraqları damğasını vurdu. Gecənin başında sırası ilə KKTC Azərbaycan Kültür Merkezi Başkanı ve YDÜ Rektor Köməkçisi Prof. Dr. Fahrettin Sadıkoğlu, KKTC Millət vəkili Zorlu Töre, Azərbaycandan Millət vəkilli Qənirə Paşayeva və Musa Qasımlı və Türkiye Cumhuriyeti Büyükelçisi Halil İbrahim Akça çıxış etdilər.

Çıxış edənlər Azərbaycanın müstəqillik dövrünü, sonradan kommunizmin çökməsindən sonra Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğunu, türk dünyası ilə münasibətlərini genişləndirdiyini, xüsusilə qardaş Azərbaycan ilə KKTC arasında qarşılıqlı əlaqələrin daha da artırılaraq genişləndirilməsi bütün gərəkli addımların atıldığını dilə gətirdilər.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 93-cü ildönümü ilə bağlı bütün Türk dünyasını təbrik edib. Qardaş Kuzey Kiprdə bu bayramı təşkil edənlərin hamısına təşəkkür edən millət vəkili vurğulayıb ki, bu bayram təkcə Azərbaycan türklərinin deyil, bütün türklərin bayramıdır.

Çünki bütün müsəlman Şərqində məhz Azərbaycan ilk dəfə Cümhuriyyət, demokratik respublika qurub. Bu bir qürur, bir iftixar tarixidir. Azərbaycanın bütün müsəlman Şərqində ilk dəfə qadına seçmək və seçilmək haqqı verdiyini vurğulayan millət vəkili o zaman hətta bir sıra Qərb ölkələrində belə qadınların bu haqlara malik olmadığını vurğulayıb.

Millət vəkili öz çıxışında Dağlıq Qarabağ probleminə də toxunub. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 20 ilə yaxındır ki, işğal altında saxladığını deyən millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ probleminin bütün Türk dünyasının problemi olduğunu və onun həlli istiqamətində bütün Türk dünyasının, bütün türklərin birgə mübarizə aparmasının vacibliyini vurğulayıb.

Millət vəkili Azərbaycanın bir qarış torpağını da heç kəsə güzəştə getməyəcəyini və ərazilərini işğaldan azad edəcəyini bildirib. "Mən hamımıza Azərbaycan Cümhuriyyətinin qurulmasının 94-cü ildönümünü işğaldan azad etdiyimiz gözəl Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər bölgələrimizdə birgə qeyd etməyimizi arzu edirəm. Mən inanıram ki, o gün yzaqda deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək! Bütün Türk dünyası bu işdə Azərbaycana, qardaşlarına dəstək göstərməli və daim onun yanında olmalıdır!"

Türk dünyasının böyük aydını İsmayıl bəy Qaspirallının dildə, fikirdə, işdə birlik fikrini səsləndirən millər vəkili Türk gəcliyini ortaq davalarıma daha çox sahiblənməyə səsləyib.

Millət vəkili Musa Qasımlı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Azərbaycanın 20 il əvvəl yenidən öz müstəqilliyini qazanmasından sonra keçdiyi yol, əldə etdiyi uğurlar barədə ətraflı məlumatlar verib. Azərbaycan türklərinin Çanaqqala döyüşlərində öz qardaşlarının daim yanında olduğunu vurğulayan Musa Qasımlı Qafqaz İslam Ordusunun da Azərbaycan türklərinə yardıma gələrər Bakının işğaldan azad olunmasında böyük rol oynadığını deyib.

Millət vəkili Musa Qasımlı Azərbaycanın həyata keçirdiyi böyük enerji və nəqliyyat layihələri və onların həyata keçirilməsi zamanı daima Türkiyənin maraqlarını nəzərə aldığını və iki ölkənin birlikdə böyük bir enerji-nəqliyyat dəhlizinə çevrildiyini vurğulayıb.
Azərbaycan Gecəsində daha sonra Azərbaycan-dan Sumqayıt Bələdiyyəsi ilə qardaş Bələdiyyə olan Tatlısu Bələdiyyəsinin Xalq Rəqsləri Topluluğunun Kıbrıs Türk Folklor göstərisi ilə davam edib.

Xəbər lenti

Xəbər lenti