...

Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilir (FOTO)

Cəmiyyət Materials 31 May 2011 12:36 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işinə başlayıb. Trend-in məlumatına görə, üçgünlük sessiya YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə təşkil olunub.
Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilir (FOTO)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 10:43-də yayılıb)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Çərşənbə axşamı Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası öz işinə başlayıb. Trend-in məlumatına görə, üçgünlük sessiya YUNESKO üzrə Azərbaycan Respublikasının Milli KomissiyasıAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə təşkil olunub.

Tədbirin açılışında çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, Azərbaycanda bioetika elminin tədrisinə və inkişafına böyük diqqət göstərilir.

Kərimov deyib ki, AMEA-da bioetika üzrə bölmə var. Bundan əlavə, bioetika üzrə doktorantura və dissertantura bölmələri də açılıb.

AMEA prezidenti Azərbaycanda bioetikanın inkişafında YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlərinin olduğunu bildirib.

Kərimov qeyd edib ki, sessiya dünyada bioetikanın inkişafına öz töhfəsini verəcək.

Xəbər lenti

Xəbər lenti