...

Ədliyyə orqanlarına qəbul imtahanlarında uğur qazanan namizədlərlə söhbət keçiriləcək

Cəmiyyət Materials 7 İyun 2011 12:05 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müsabiqə Komissiyasının qərarı ilə test imtahanında müvəffəqiyyət qazanmış 124 namizədlə söhbət keçirilməsinə iyun ayının 17-dən başlanacaq.
Ədliyyə orqanlarına qəbul imtahanlarında uğur qazanan namizədlərlə söhbət keçiriləcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı imtahanlarda uğur qazanan namizədlərlə söhbət keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müsabiqə Komissiyasının qərarı ilə test imtahanında müvəffəqiyyət qazanmış 124 namizədlə söhbət keçirilməsinə iyun ayının 17-dən başlanacaq.

Qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

Müsabiqədən uğurla keçmiş namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazananların qulluğa qəbul məsələsi həll olunacaq.

Xəbər lenti

Xəbər lenti