...

Azərbaycanda polislə ictimaiyyət arasındakı ünsiyyətdə inkişaf müşahidə olunur - ATƏT-in Bakı ofisinin rəhbəri

Cəmiyyət Materials 9 İyun 2011 10:34 (UTC +04:00)
Azərbaycanda cəmiyyət tərəfindən dəstəklənən polis layihəsinin icrası nəticəsində polislə ictimaiyyət arasında ünsiyyətdə nəzərəçarpacaq inkişaf müşahidə olunur. Trend-in məlumatına görə, bunu "Cəmiyyət dəstəkli polis işinə dair Beynəlxalq Konfrans"da çıxışında ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.
Azərbaycanda polislə ictimaiyyət arasındakı ünsiyyətdə inkişaf müşahidə olunur - ATƏT-in Bakı ofisinin rəhbəri

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəmiyyət tərəfindən dəstəklənən polis layihəsinin icrası nəticəsində polislə ictimaiyyət arasında ünsiyyətdə nəzərəçarpacaq inkişaf müşahidə olunur. Trend-in məlumatına görə, bunu "Cəmiyyət dəstəkli polis işinə dair Beynəlxalq Konfrans"da çıxışında ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.

"Bu da öz növbəsində daha yaxşı əməkdaşlıq və qarşılıqlı etimadın yaranması ilə nəticələnib", - o bildirib.

Cankorelin sözlərinə görə, Azərbaycan və ATƏT-in Bakı ofisi polis xidmətində qadınların sayının artırılması, eləcədə məişət zorakılığı və insan alveri kimi gender yönümlü qanun pozuntularına polisin daha səmərəli müdaxiləsinin təkmilləşdirilməsi üçün müəyyən strategiyalar üzərində çalışırlar.

Azərbaycanda bu layihənin böyük uğur qazandığını vurğulayan səfir beş il ərzində bu istiqamətdə aparılan işləri yüksək qiymətləndirib.

Konfransda daxili işlər nazirinin müavini Oruc Zalov, beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti