...

Bakının orta məktəb məzunlarının attestatları iyunun 25-dək veriləcək

Cəmiyyət Materials 9 İyun 2011 14:36 (UTC +04:00)
Azərbaycanda 2010-2011-ci tədris ilinin məzunları attestatlarını iyunun 20-dən sonra ala biləcəklər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı cümə axşamı Trend-ə bildirib ki, paytaxtın 23 minə yaxın məzunu iyunun 17-də sonuncu buraxlılış imtahanını verəcək.
Bakının orta məktəb məzunlarının attestatları iyunun 25-dək veriləcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2010-2011-ci tədris ilinin məzunları attestatlarını iyunun 20-dən sonra ala biləcəklər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı cümə axşamı Trend-ə bildirib ki, paytaxtın 23 minə yaxın məzunu iyunun 17-də sonuncu buraxlılış imtahanını verəcək.

"İyunun 20-dək Təhsil Nazirliyi imtahanların cavablarını açıqlayacaq. Bundan sonra məzunlar Təhsil Nazirliyinin saytına daxil olaraq, öz kodlarını yazmaqla attestat qiymətlərini öyrənə biləcəklər. Abituriyentlər attestatlarını iyunun 20-dən 25-dək ala biləcəklər", - Əliqızı deyib.

Onun sözlərinə görə, attestatların saxtalaşdırılmasının qarşısını almaq məqsədilə onlar nömrələnib. Nömrələnmiş attestatlar sayılaraq məktəb direktorlarına təqdim ediləcək. Məktəb rəhbərliyi attestatlara qiymətləri yazdıqdan sonra onlar yenidən BŞTİ-yə təqdim ediləcək. İdarə bu sənədi təsdiqlədikdən sonra attestatlar şagirdlərə təqdim olunacaq.

Əlıqızı attestatların pulsuz veriləcəyini də nəzərə çatdırıb.

"Attestat dövlət tərəfindən verilən pulsuz sənəddir. Ona görə də, attestatların alınması üçün pul ödənilməməlidir. Heç kimdən buna görə pul tələb oluna bilməz. Belə hal olarsa, valideynlər buna etiraz etsinlər. Onlara bununla bağlı hər hansı təzyiq olacağı halda isə "Qaynar xətt"ə (441-06-99) zəng edə bilərlər", - idarə rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti