Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/
Təhsil haqqının artırılması Azərbaycan Tibb Universitetinə qəbul olanların sayına təsir göstərməyəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ATU-nun rektoru Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, tələbələrin 50 faizə qədəri ödənişsiz əsasda təhsil alır, bundan başqa, hər il ATU-ya ödənişli əsasda daxil olan 120-150 tələbə - qaçqın və məcburi köçkünlərin ailə üzvləri təhsil haqqının ödənilməsindən azad edilirlər.
Əmiraslanovun bildirdiyinə görə, ATU-da ödənişli əsasda təhsil üçün tətbiq edilən 2500 manat məbləğdə illik təhsil haqqı dövlət sifarişi ilə təhsil alanlara da aiddir, yəni hər tələbə üçün dövlət maliyyələşdirilməsinin həcmi həmin səviyyədədir.