...

Semih Şentürk "Fənərbağça"nı seçdi

Cəmiyyət Materials 15 İyun 2011 14:37 (UTC +04:00)
"Deportivo"ya gedəcəyi güman edilən futbol üzrə Türkiyə milli komandasının 28 yaşlı hücumçusu Semih Şentürk "Fənərbağça" ilə yeni müqaviləyə imza atıb.
Semih Şentürk "Fənərbağça"nı seçdi

Azərbaycan, Bakı, 15 iyun /Trend/

"Deportivo"ya gedəcəyi güman edilən futbol üzrə Türkiyə milli komandasının 28 yaşlı hücumçusu Semih Şentürk "Fənərbağça" ilə yeni müqaviləyə imza atıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən yaydığı məlumata görə, 2000-ci ildən "Fənərbağça"nın şərəfini qoruyan Şentürk növbəti 3 ildə də bu komandanın uğurları üçün çalışacaq. Kluba yaxın mənbələrdən alınan məlumata görə, Semih ilk il üçün 1 milyon 750 min avro, ikinci il üçün 1 milyon 850 min avro, üçüncü il üçün 2 milyon avro alacaq.

Semih "Fənərbağça"da indiyə kimi 164 oyuna çıxıb və 54 qola imza atıb.

Xəbər lenti

Xəbər lenti