...

Gürcüstanın Turizm Agentliyi Azərbaycana və daha 4 ölkəyə avtobus turu təşkil edəcək

Cəmiyyət Materials 15 İyun 2011 15:05 (UTC +04:00)
Gürcüstanın Turizm Agentliyi Azərbaycan və daha 4 ölkənin əhalisinin ölkəyə gəlməsi üçün təşviqat aparacaq.
Gürcüstanın Turizm Agentliyi Azərbaycana və daha 4 ölkəyə avtobus turu təşkil edəcək

Gürcüstan, Tbilisi, 15 iyun /Trend/

Gürcüstanın Turizm Agentliyi Azərbaycan və daha 4 ölkənin əhalisinin ölkəyə gəlməsi üçün təşviqat aparacaq.

Milli Turizm Agentliyi "Gürcüstan sənə gəlir" şüarı altında iki həftəlik tura başlayır. Avtobus turu Azərbaycan, Ermənistan, Ukrayna, Latviya və Polşanı əhatə edəcək.

Agentliyin rəhbəri Maya Sidamonidze Trend-ə bildirib ki, turun əsas məqsədi bu ölkələrin əhalisini Gürcüstanın turizm infrastrukturu ilə tanış etməkdir.

"Biz öz folklorumuzu, mətbəximizi, şərabımızı və turizm infrastrukturumuzu təqdim edəcəyik", - Sidamonidze deyib.

Turun iştirakçıları arasında həmin ölkələrdə konsertlər verəcək Gürcüstanın populyar musiqi qrupları da var.

Xəbər lenti

Xəbər lenti