...

Sabah Azərbaycanın bəzi rayonlarına dolu yağacaq

Cəmiyyət Materials 20 İyun 2011 11:49 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Sabah Azərbaycanın bəzi rayonlarına dolu yağacaq

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 19-24, gündüz 25-30 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərədə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyi sərinlik yaratmaqla yanaşı, bəzi meteohəssas insanlarda narahatlıq hissinə səbəb ola bilər.

İyunun 21-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti