...

Azərbaycanda narkomanların sayına görə öndə gedən şəhərlərin adı açıqlanıb

Cəmiyyət Materials 22 İyun 2011 13:28 (UTC +04:00)
Azərbaycanda narkotik istifadəçilərinin sayına görə öndə olan ilk dörd şəhərin adı açıqlanıb.
Azərbaycanda narkomanların sayına görə öndə gedən şəhərlərin adı açıqlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda narkotik istifadəçilərinin sayına görə öndə olan ilk dörd şəhərin adı açıqlanıb.

Narkotik istifadəçilərinin ən çox olduğu şəhərlər Bakı, Sumqayıt, Gəncə və Lənkərandır. Bunu çərşənbə günü Trend-ə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu ilin 6 ayında 2300-dən artıq şəxs narkoloji dispanserlər tərəfindən ekspertizaya cəlb olunub. Onların 1500-dən çoxu məcburi müalicəyə cəlb edilib. Bu da ondan xəbər verir ki, Azərbaycanda ildə 700-1000 nəfər narkoman qeydiyyata alınır.

"Bütün dünyada bu təhlükənin qarşısını almaq üçün zərərin azaldılması ilə bağlı proqramlar tətbiq olunur. İnzibati metodlarla zərərsizləşdirmək səmərə vermir, əksinə ilk dəfə istifadə edən narkotik istifadəçisində aludəçilik yaradır", - Əfəndiyev əlavə edib.

Onun sözlərinə görə, İİV və hepatit C xəstəliyinə tutulmaya görə ən təhlükəli rayon Şirvandır.

Xəbər lenti

Xəbər lenti