...

Fransalı jurnalistlərin Azərbaycana press-turu başlayıb

Cəmiyyət Materials 22 İyun 2011 17:11 (UTC +04:00)
Fransanın qabaqcıl kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Azərbaycana press-tur təşkil olunub.
Fransalı jurnalistlərin Azərbaycana press-turu başlayıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/

Fransanın qabaqcıl kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Azərbaycana press-tur təşkil olunub. Bu barədə çərşənbə günü Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Press-turun təşkilində məqsəd Azərbaycan və Fransa arasında turizm sahəsində əlaqələri genişləndirmək və ölkəmizin turizm imkanlarının həmin ölkədə geniş təbliğ etməkdir.

İyunun 21-dən başlayan press-tur iyunun 28-də tamamlanacaq. Press-tur Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti