...

Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanlarında 29 nəfər imtahandan xaric edilib

Cəmiyyət Materials 4 İyul 2011 11:23 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün III ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 3-də keçirilən qəbul imtahanında 29 abituriyent köçürməyə cəhd göstərdiyi üçün imtahandan xaric edilib.
Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanlarında 29 nəfər imtahandan xaric edilib

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üçün III ixtisas qrupu üzrə Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə iyulun 3-də keçirilən qəbul imtahanında 29 abituriyent köçürməyə cəhd göstərdiyi üçün imtahandan xaric edilib. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, həmin şəxslərin imtahan nəticələri ləğv edilib.

III qrup üzrə imtahanda iştirak üçün 32 869 abituriyent ərizə versə də, onların 1813-ü imtahan gəlməyib.

III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri iyulun 6-dək açıqlanacaq. Nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.

İmtahan, Bakı, Naxçıvan, Sumqayıt və Gəncədə keçirilib.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti qəbul imtahanı 1-ci qrup üzrə iyulun 10-da, 4-cü qrup üzrə iyulun 16-da, 2-ci qrup üzrə isə iyulun 22-də keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Şəkidə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti