...

Gürcüstandakı Azərbaycan məktəblərinin dərsliklərlə təminatı nazirlər səviyyəsində müzakirə olunub

Cəmiyyət Materials 6 İyul 2011 11:43 (UTC +04:00)
Gürcüstandakı Azərbaycan orta məktəblərinin dərsliklərlə təminatı məsələsi bu ölkənin təhsil nazirinin Azərbaycana bu yaxınlarda baş tutan səfəri zamanı müzakirə olunub.
Gürcüstandakı Azərbaycan məktəblərinin dərsliklərlə təminatı nazirlər səviyyəsində müzakirə olunub

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

Gürcüstandakı Azərbaycan orta məktəblərinin dərsliklərlə təminatı məsələsi bu ölkənin təhsil nazirinin Azərbaycana bu yaxınlarda baş tutan səfəri zamanı müzakirə olunub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

"Gürcüstan müstəqil ölkədir. Onların dövlət qurumları Azərbaycan tərəfinə müraciət edərsə, Azərbaycan həmin dərslikləri Gürcüstana göndərə bilər", - nazir deyib.

Mərdanov bildirib ki, Gürcüstan tərəfi öz standartlarına uyğun dərsliklər buraxır. Bu dərsliklər Azərbaycan dilinə tərcümə edilən zaman Azərbaycanın ekspertləri tərəfindən yoxlanılır.

Xəbər lenti

Xəbər lenti