...

Mehriban xanım Əliyeva Beynəlxalq Gimnastika Federasiyasını 130 illik yubileyi münasibətilə təbrik edib

Cəmiyyət Materials 13 İyul 2011 18:54 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının prezidenti, birinci xanım Mehriban xanım Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının 130 illik yubileyi münasibətilə qurumun rəhbəri Bruno Qrandiyə təbrik məktubu göndərib.
Mehriban xanım Əliyeva Beynəlxalq Gimnastika Federasiyasını 130 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycan Gimnastika Federasiyasının prezidenti, birinci xanım Mehriban xanım Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının 130 illik yubileyi münasibətilə qurumun rəhbəri Bruno Qrandiyə təbrik məktubu göndərib.

Məktub və Azərbaycan xalçaçıları tərəfindən toxunmuş xalça bu günlərdə Lozannada keçirilən Ümumdünya gimnastradası çərçivəsində Milli Federasiyanın baş katibi Fərid Qayıbov tərəfindən təqdim olunub.

Məktubda qeyd olunur ki, Beynəlxalq Gimnastika Federasiyası dünyada ən qocaman idman təşkilatlarından biri hesab edilir. Özünün bir əsrdən çox tarixi ərzində Federasiya böyük şərəfli yol keçib. Yarandığı ilk dövrlərdə Federasiya cəmi üç dövlətin idmançılarını birləşdirib. Bu gün isə Beynəlxalq Gimnastika Federasiyası 120-dən çox ölkənin milli federasiyalarını birləşdirir.

"Azərbaycan nisbətən bu yaxınlarda bədii və idman gimnastikası dünyasına daxil olub. Lakin bu müddət ərzində ölkəmiz böyük uğurlara nail olub. İdmançılarımız nüfuzlu beynəlxalq yarışlarda mükafatlar qazanırlar. Azərbaycan Avropa çempionatını qəbul edib, şəhərimizdə bədii gimnastika üzrə dünya çempionatı keçirilib. Və ən başlıcası, bu müddət ərzində gimnastika Azərbaycanda populyar və sevimli idman növü olub. Yarışlar və çempionatlar ölkəmizdə böyük maraq doğurur və tamaşaçılarla dolu zallarda keçirilir. Və mən bu gün Sizə bütün bu illər ərzində Beynəlxalq Gimnastika Federasiyasının bizə göstərdiyi köməyə, əməkdaşlığa və dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm", - Mehriban xanım Əliyeva qeyd edib.

Azərbaycanın birinci xanımı həmçinin Beynəlxalq Gimnastika Federasiyasının bu estetik və harmonik idman növünün yayılması və himayə edilməsi üçün gördüyü işlərə görə təşəkkürünü bildirib, bu gün onun inkişafına və populyarlaşmasına yönəldilən səylərə görə minnətdarlığını bildirib.

Öz növbəsində, Bruno Qrandi Mehriban xanım Əliyevaya göstərilən ehtirama görə minnətdarlığını ifadə edib və qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası ildən-ilə inkişaf edən idman qurumlarının sırasındadır.

Xəbər lenti

Xəbər lenti