...

Azərbaycanın polis orqanlarında kadr dəyişiklikləri olub

Cəmiyyət Materials 14 İyul 2011 11:23 (UTC +04:00)
Azərbaycanda 3 rayona yeni polis rəisi təyin olunub.
Azərbaycanın polis orqanlarında kadr dəyişiklikləri olub

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 3 rayona yeni polis rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Salyanın sabiq rəisi, polis polkovniki Şahmar Paşayev Şamaxı, Qubanın sabiq rəisi, polis polkovnik-leytenantı Fuad Məmmədli Salyan, İmişli rayon polis şöbəsinin sabiq rəisi Hüseynəli Məlikov isə Lerik rayon polis şöbəsinə rəis təyin olunub.

Lerikin sabiq rəisi Nurəli Nurəliyev isə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinə rəis təyin olunub.

Xəbər lenti

Xəbər lenti