...

Bakıda hakimlər üçün yay məktəbi təşkil ediləcək

Cəmiyyət Materials 15 İyul 2011 13:26 (UTC +04:00)
Bakıda hakimlər üçün yay məktəbi təşkil ediləcək.
Bakıda hakimlər üçün yay məktəbi təşkil ediləcək

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda hakimlər üçün yay məktəbi təşkil ediləcək.

Azərbaycan Hüquqşünasları Konfederasiyasından Trend-ə verilən məlumata görə, Konfederasiyanın Konstususiya Məhkəməsi və Məhkəmə-Hüquq Şurası ilə birgə təşkil etdiyi və iyulun 25-29-da keçirilməsi nəzərdə tutulan yay məktəbinin mövzusu İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələri ilə bağlıdır.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxlaq Hüquq Əməkdaşlığı Fondunun və ATƏT-in Bakı ofisinin dəstəyi ilə təşkil olunacaq tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli,
Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Aımaniyanın Azərbaycandakı səfiri açılış nitqi ilə çıxış edəcəklər.

"Azərbaycanın hüquq sisteminin konstitusionalizasiya prosesində insan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının rolu" və "Konvensiya ilə qorunan hüquqlar" mövzularında Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Avropa Məhkəməsində keçirilmiş icraatlar barədə təcrübə ilə bağlı Çingiz Əsgərov məruzə ilə çıxış edəcək.

Tədbirdə azadlıq və təhlükəsizlik hüququ, ədalətli məhkəmə araşdırması hüququ, məhkəmənin presidentləri, konkret kazuslarla bağlı fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti