...

Azərbaycanın ali məktəblərinə ixtisas seçimi başlayıb

Cəmiyyət Materials 22 İyul 2011 10:29 (UTC +04:00)
Bu gündən Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçiminə başlanılıb.
Azərbaycanın ali məktəblərinə ixtisas seçimi başlayıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edərək müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçiminə başlanılıb. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ixtisas seçiminin iyulun 24-də başlaması nəzərdə tutulmuşdu, lakin iki gün əvvələ keçirildi.

Abbaszadə qeyd edib ki, ixtisas seçimi avqustun 2-dək davam edəcək. Abituriyentlər elektron ərizələrlə ixtisas siyahılarını təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti