...

Azərbaycanın təhsil naziri "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərin icrası barədə əmr imzalayıb

Cəmiyyət Materials 22 İyul 2011 13:53 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov "Dövlət qulluğu haqqında" qanununa dəyişikliklərin icrası barədə əmr imzalayıb.
Azərbaycanın təhsil naziri "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərin icrası barədə əmr imzalayıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov "Dövlət qulluğu haqqında" qanununa dəyişikliklərin icrası barədə əmr imzalayıb.

Trend-in məlumatına görə, əmrdə göstərilir ki, Təhsil Nazirliyinin müvafiq işçiləri nazirliyin Mərkəzi aparatında və yerli təhsili idarəetmə orqanlarında yaş həddi 65-ə çatmış dövlət qulluqçularının siyahısını hazırlayıb rəhbərliyə təqdim etməli; göstərilən meyarlar nəzərə alınmaqla yerli təhsili idarəetmə orqanlarının təklifləri əsasında 65 yaşına çatmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təklifləri hazırlamalıdırlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla 65 və ondan yuxarı yaş həddində olan dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflərini hazırlayıb 10 gün ərzində nazirliyə təqdim etməli; sonrakı mərhələlərdə 65 yaş həddinə çatmış, habelə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin təkrar uzadılması ilə bağlı təkliflərini 1 ay əvvəldən hazırlayıb nazirliyə təqdim ertməlidirlər.

"Dövlət qulluğu haqqında" qanuna edilən yeni dəyişikliyə görə, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.

Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.

Xəbər lenti

Xəbər lenti