...

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq üçün əlavə müsabiqə elan edilib

Cəmiyyət Materials 27 İyul 2011 16:58 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciəti əsasında DSX-nin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün əlavə müsabiqə elan edib.
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq üçün əlavə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciəti əsasında DSX-nin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün əlavə müsabiqə elan edib.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə günü Trend-ə bildirib ki, müsabiqə "Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi" (I qrup üzrə), "Uçuş mühəndisliyi" (I qrup üzrə), "Dövlət və bələdiyyə idarəetməsi" (II qrup üzrə) ixtisasları üzrə elan edilib.

Müsabiqədə 2011/2012-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə I və II ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış (riyaziyyat fənni üzrə nisbi balı 10-dan az olmayan) oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər 2011-ci il iyulun 28-dən avqustun 5-dək Dövlət Sərhəd Xidmətində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.

Xəbər lenti

Xəbər lenti