...

"Qarabağ" məğlub olub

Cəmiyyət Materials 29 İyul 2011 01:53 (UTC +04:00)
Ötən gün Avroliqanın III təsnifat mərhələsidə Azərbaycanın "Qarabağ" klubu səfərdə ilk oyununu keçirib
"Qarabağ" məğlub olub

Azərbaycan, Bakı, 29 iyul /Trend,/

Avroliqanın III təsnifat mərhələsidə Azərbaycanın "Qarabağ" klubu səfərdə ilk oyununu keçirib. Trend-in məlumatına görə, səfərdə Belçikanın "Brügge" klubu ilə qarşılaşan "Qarabağ" ilk hissədə qapısında bir qol görüb.

"Qarabağ" fasilədən sonra daha bir dəfə mərkəzə dəvət olunub. Oyunun 62-ci dəqiqəsində Rauf Əliyev hesab arasında fərqi azaltsa da, komandamızın bundan artığına gücü çatmayıb.

Matçın gedişində daha iki dəfə fərqlənən meydan sahibləri ilk oyunda böyük hesablı qələbə qazanıb - 4:1.

Cavab görüşü isə bir həftədən sonra keçiriləcək.

Xəbər lenti

Xəbər lenti