...

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri Türkiyədə səfərdə olublar

Cəmiyyət Materials 29 İyul 2011 17:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 25-28-də Türkiyədə səfərdə olub.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri Türkiyədə səfərdə olublar

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 25-28-də Türkiyədə səfərdə olub.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər 21 dekabr 2009-cu il tarixində Bakıda imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na uyğun həyata keçirilib. Səfərin məqsədi iki ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və yeni formalarının müəyyənləşdirilməsi məsələlərini müzakirəsi olub.

Səfər çərçivəsində Türkiyənin Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Tekinarslanla görüş keçirilib. Görüş zamanı hər iki ölkənin dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində son dəyişiklik və islahatlar barədə fikir mübadiləsi aparılıb.

Görüşdə dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi məqsədi ilə hər iki ölkənin müxtəlif dövlət qurumlarını təmsil edən əməkdaşlardan ibarət nümayəndə heyətlərinin növbəti qarşılıqlı səfərlərinin təşkili və dövlət idarəçiliyinin aktual məsələləri üzrə birgə tədbirlərin təşkili barədə razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti