...

Azərbaycanın yol polisində işə qəbulla bağlı müsabiqəyə sənədlərin verilmə müddəti başa çatıb

Cəmiyyət Materials 1 Avqust 2011 13:20 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə başa çatıb. Bu barədə bazar ertəsi Trend-ə BDYPİ-dən məlumat verilib.
Azərbaycanın yol polisində işə qəbulla bağlı müsabiqəyə sənədlərin verilmə müddəti başa çatıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir T.Hacıyev/

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqəyə sənədlərin verilmə müddəti başa çatıb. Bu barədə bazar ertəsi Trend-ə BDYPİ-dən məlumat verilib.

İndiyə qədər yol patrul xidməti inspektoru vəzifəsində çalışmaq istəyən 60 nəfər müsabiqədə iştirak üçün sənəd verib. Müsabiqə iştirakçılarının fiziki hazırlığı, "Yol Hərəkəti Qaydaları"na dair və İngilis dili bilikləri yoxlanılıb. Sənəd verənlərdən 23 nəfəri müəyyən olunmuş tələblərə cavab verə bilib.

BDYPİ bir müddət öncə yol patrul xidməti inspektoru vəsifəsinə işçi qəbulu üzrə vakansiya elan etmişdi. Müsabiqədə yalnız orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqəsinə malik olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 santimetrdən yuxarı, ingilis dilində sadə danışıq bacarığı olan, Sabirabad, Saatlı, İmişli, Şırvan, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərdilər.

Xəbər lenti

Xəbər lenti