...

TQDK 600-dən çox bal toplayanları mükafatlandıracaq

Cəmiyyət Materials 18 Avqust 2011 14:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlan­dırılması məqsədilə bir sıra tədbirlər keçirəcək
TQDK 600-dən çox bal toplayanları mükafatlandıracaq

Azərbaycan, Bakı, 18 avqust / Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlan­dırılması məqsədilə bir sıra tədbirlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə TQDK-nın cümə axşamı yaydığı məlumatda bildirilir.

Komissiya 600 və daha yüksək bal toplayan gəncləri "Abituriyent" jurnalının 6-cı sayında və ya TQDK-nın internet saytında verilmiş anket sorğusunu dolduraraq və onunla birlikdə 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etmələrinə çağırır.

Məlumatda qeyd olunur ki, "Abituriyent" jurnalının ayrıca bir nömrəsi bütünlüklə yüksək ballar toplayanlara həsr ediləcək.

Xəbər lenti

Xəbər lenti