...

Məsut Özil: David Vilya ilə islamı təhqir etdiyinə görə dalaşdım (FOTO)

Cəmiyyət Materials 18 Avqust 2011 19:40 (UTC +04:00)
Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo İspaniya superkuboku uğrunda matçda "Barselona"ya qarşı oyun zamanı davada "döyüşkənlik" keyfiyyətlərini göstərib
Məsut Özil: David Vilya ilə islamı təhqir etdiyinə görə dalaşdım (FOTO)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo İspaniya superkuboku uğrunda matçda "Barselona"ya qarşı oyun zamanı davada "döyüşkənlik" keyfiyyətlərini göstərib.

Portuqaliyalı mütəxəssis futbolçuların münasibətlərini aydınlaşdırmasını müşahidə edirmiş. Lakin sonra "Barsa"nın məşqçisi Tito Vilanova yaxınlaşıb və onun qulağından dartıb. Vilanov çevrilib və Mourinyonu kürəyindən itələyib.

"Real"ın baş məşqçisi etiraf edib ki, kimin qulağından tutması barədə fikirləşməyib.

"Barselona" və "Real"ın İspaniya superkuboku uğrunda oyunu zamanı komandaların futbolçuları arasında dava düşüb.

Münaqişəyə səbəb "Real"ın oyunçusu Marselonun "Barselona"nın yeni oyunçusu Sesk Fabreqasa qarşı qaydanı kobud pozması olub. Dalaşanlar meydandan qovulublar.

Davadan sonra Məsut Özil ("Real") və David Vilya ("Barselona") da qırmızı vərəqə alıblar.

Madrid "Real"ının yarımmüdafiəçisi Məsut Özil onu İspaniya superkuboku uğrunda "Barselona" - "Real" (3:2) oyununun son dəqiqələrində baş verən davada iştirak etməyə məcbur edən səbəblər barədə danışıb.

"Mən bu münaqişədə öz dinimi qorumaq üçün iştirak etmişəm. Vilya islamı təhqir edirdi", - Özil bildirib.

Xəbər lenti

Xəbər lenti