...

ABŞ Prezidentinin əmisi avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb

Cəmiyyət Materials 30 Avqust 2011 12:23 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın əmisi avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb.
ABŞ Prezidentinin əmisi avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb

Azərbaycan, Bakı, 30 avqust /Trend/

ABŞ Prezidenti Barak Obamanın əmisi avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb. Hakimiyyət nümayəndələrinin dediyinə görə, Omar Onyanqo Obama Massaçusets ştatının yol polisi tərəfindən saxlanılıb və hazırda Miqrasiya Xidməti nümayəndələrinin yanındadır.

Yoxlama zamanı məlum olub ki, Ağ Ev rəhbərinin qohumu ABŞ-da qeyri-qanuni qalır və indi o, ölkədə qalma hüququnu sübut etməli olacaq.

Qanun keşikçiləri bildiriblər ki, Omar Obamanın avtomobili sürücü yolda təhlükəli vəziyyət yaradandan və öz əməlləri ilə yol-nəqliyyat hadisəsinə yol açdıqdan sonra polis tərəfindən saxlanılıb. Onlar dəqiqləşdiriblər ki, yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün olub. Qanun keşikçiləri ona zəng etmək hüququndan istifadə etməyi təklif edəndə, qanun pozucusu cavab verib ki, "Ağ Evə zəng etmək istəyir".

Qeyri-qanuni miqrant statusuna baxmayaraq, Prezidentin əmisinin ABŞ-da qanuni yaşamaq hüququ əldə etmək imkanı var. Onun üçün nümunə 67 yaşlı bacısı Zeytuni Onyanqo ilə bağlı analoji hal ola bilər. O, belə icazəni ötən il alıb. Buna kimi Zeytuni ABŞ ərazisində təxminən 10 il qeyri-qanuni şəkildə yaşayıb.

Xəbər lenti

Xəbər lenti