...

Azərbaycanın səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılacaq

Cəmiyyət Materials 6 Sentyabr 2011 15:29 (UTC +04:00)
Azərbaycanın səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək və mövcud sistemlərə inteqrasiya olunacaq.
Azərbaycanın səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılacaq

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək və mövcud sistemlərə inteqrasiya olunacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu, SN-in Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən tibb müəssisələrinin kadrlar şöbələrinin işinin təkmilləşdirilməsi məqsədilə yaradılmış "Elektron Əmrlər" (e-Əmr) proqram təminatının (PT) tətbiqi nəticəsində mümkün olacaq.

PT-nin gələn il yanvarın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.

Artıq PT üzrə treninqlərə start verilib. Treninqə Bakı və regionlardan tibb müəssisələrinin mütəxəssisləri dəvət olunublar.

Treninqlər sentyabrın 19-dək davam edəcək.

"e-Əmr" PT-nin müsbət cəhətlərindən biri onun bilavasitə tibb işçilərinin vahid registri ilə əlaqəli işləməsidir. Sistemdə qeyd olunmuş e-Əmrlər "Tibb işçilərinin vahid elektron registri"ndə avtomatik olaraq əmri verilən şəxsin məlumatlarında öz əksini tapır", - nazirlikdən deyilib.

Xəbər lenti

Xəbər lenti